Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.13 $▼0.03%
  • WTI neft101.44 $▲0.18%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.050 $▼0.16%
  • Qızıl4 048 $▼0.34%
  • Gümüş53.98 $▼0.39%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.25 ¢▼0.16%
  • Bitcoin80 803 $▲0.00%
  • Ethereum2 350 $▲0.13%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Sağlamlıq

“İngilis ştammı daha sürətlə yayılır”

image-akif
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

““COVID-19”un mutasiya olunmuş Britaniya ştammında virusun ölümcüllüyü və digər xüsusiyyətlərində fərq aşkar edilmir. Bu mutasiya yalnız yoluxma baxımından fərqlənir. Britaniya ştammı daha yoluxucudur, daha sürətlə yayılmağa başlayacaq. Bunun üçün də qorunma tədbirlərini daha ciddi şəkildə görməliyik”.

Busaat.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov REAL TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, bu isə çoxsaylı xəstələnmələr və səhiyyənin yükünün bir az da artması deməkdir.

A.Qurbanovun sözlərinə görə, digər infeksiyalarda olduğu kimi, bu virus da uşaqlarda çox az hallarda ağırlaşmalara səbəb ola bilər. Uşaqlar xəstəliyi bəzən əlamətsiz keçirir, lakin onunla təmasa girən böyüklər üçün ciddi problem yarada bilər.

“Biz bu virusu keçirmişiksə, antitellərin nə dərəcədə olmasından asılı olmayaraq, o deməkdir ki, biz artıq bu virusla tanışıq. Ola bilər ki, təkrar keçirək. Lakin təkrar keçirəndə bu virus yüngül keçirilir. Pandemiya davam edir, vaksin olunub-olunmamağımızdan, xəstəliyi keçirib-keçirməməyimizdən asılı olmayaraq, biz qorunma tədbirlərinə davam etməliyik”, – deyə TƏBİB rəsmisi bildirib.

A.Qurbanov Novruz bayramı ərəfəsində əhaliyə müraciət edib: “Qarşıdan Novruz bayramı gəlir. Bu bayramın özünəməxsus ənənələri var, gediş-gəliş çoxalır. Hamı bu məsələləri diqqətə almalıdır ki, tətildən sonra narahatlıqlar yaranmasın. Bayramdan sonra yoluxma sayı kəskin artsa, səhiyyə yüklənsə, müvafiq tədbirlərə əl atıla bilər. Əgər say artmasa, sərt tədbirlərə də gedilməz”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40984