Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

“İnsanlar orqan ticarətinin qurbanına çevrilirlər” – Ramil Əliyev

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İnsan alveri bu günün ən acı reallıqlarından biridir. Dünyada hər il minlərlə insan bu cinayətin qurbanı olur. Bu insanlar aldadılaraq, qul əməyinə, fahişəliyə cəlb edilir, orqan ticarətinin qurbanına çevrilir və digər qeyri-insani istismara məruz qalırlar”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında “İnkişafa və islahatlara Dəstək” İctimai Birliyin sədri, İnsan Alverinə Qarşı QHT koalisiyasının üzvü Ramil Əliyev deyib.
R.Əliyev bildirib ki, insan alveri sadəcə bir cinayət deyil-bu, insan ləyaqətinin alçaldılması və hüquqlarının pzoulmasıdır: “Bu səbəbdən ona qarşı mübarizə aparmaq yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın borcudur. Nəzərinizə çatdırım ki, İnsan Alverinə Qarşı QHT koalisiyası bu istiqamətdə problemlərin həllinə ciddi töhfə verir. Marrifləndirmə tədbirləri və müxtəlif addımlar atılır”.
Xatırladaq ki, 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162125