“İnter” doğma meydanda “Atletiko Madrid”i məğlub etdi

image-1708495602-17084665173819556851_1200x630-1backend

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Busaat.az xəbər verir ki, İtaliya “İnter”i doğma meydanda İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə Niderlandın PSV kollektivi evdə Almaniya nəhəngi “Borussiya Dortmund”la qarşılaşıb. Matç qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 22-də yekun vurulacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki