Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 778 $▲0.06%
  • Ethereum2 236 $▲0.03%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

İran burada bizə hərbi yardım edə bilməyəcək - Artur Xaçikyan

image-maxresdefault-1-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Təbii ki, “3+3” platforması faydalı ola bilər, amma ondan istifadə etmək üçün həmin platformanın üzvləri ilə yaxşı münasibətlərə və diplomatik mövqeyə, rıçaqlara sahib olmaq lazımdır.

Busaat.az xəbər verir ki, bunu NEWS.am saytının müxbiri ilə söhbətində politoloq Artur Xaçikyan bildirib.

“Rusiya ilə münasibətlərin vəziyyətini hamımız bilirik, ölkə rəhbərliyimiz açıq şəkildə ələ salınır, Rusiyada ermənilərin sürücülük hüquqları məhdudlaşdırılır. Rusiya Türkiyə və Azərbaycanla anlaşmaya meyllidir. İran sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyini bildirir, lakin indi Fələstinlə İsrail arasında qarşıdurma, səbəbindən bəzi addımlar ata bilər. Başqa sözlə, İran burada bizə hərbi yardım edə bilməyəcək, çünki onun prioritet problemi Qəzza, İsrail, Fələstindədir”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, İran və Rusiya hazırda bu regionda hərbi qarşıdurmanın olmasını istəmir və buna görə də məsələləri diplomatiya yolu ilə həll etməyə çalışacaqlar.

“Azərbaycan və Türkiyə müəyyən güzəştlərə gedə bilər, məsələn, deyirlər ki, biz bu dəhlizdən birgə istifadə edə bilərik, sizin o dəhlizdə müəyyən hüquqlarınız var. Türklər bir anda bir neçə masada oynamağı və istədiklərini almağı çox yaxşı bilirlər”, – Xaçikyan qeyd edib.

Natiq Kərimli,
Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125972