İran Xarici İşlər Nazirliyi Ukraynanı Suriyadakı terror qruplaşmalarına dəstəyi dayandırmağa çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə departamentin İslam Respublikası hökumətinin “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilib.
Məlumata görə, nazirin köməkçisi və Avrasiya Departamentinin rəhbəri Müctəba Dəmirçilu bəzi Ukrayna rəsmilərinin qeyri-qanuni silah ticarəti və Ukraynanın Suriyadakı terror qruplaşmalarını dəstəkləməsi barədə məlumatlara işarə edərək, bu hərəkətləri ölkələrin terrorizmin qarşısının alınması və onunla mübarizə ilə bağlı beynəlxalq öhdəliklərinin pozulması adlandırıb.
Zeyd Bağırzadə