İrana qarşı yeni SANKSİYALAR: “ABŞ-nin gördüyü yeganə çıxış yolu…” – ŞƏRH

image-1567145003698-iran-nuclarbackend

“Regional-qlobal təhlükəsizlik sisteminə nəzarət edən ABŞ yeganə çıxış yolu kimi İrana qarşı sanksiyaların tətbiq edilməsinə əl atır. Qəbul edilən sanksiyaların nə qədər effektiv olacağını zaman göstərəcək”.

Bunu İranın nüvə silahını əldə etmək üçün atdığı son addımlar ilə bağlı yayılan iddialar barədə fikirlərini bildirən politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ prezidenti Donalt Tramp hakimiyyətdə olarkən birtərəfli qaydada nüvə sazişindən çıxdığını bildirib, daha sonra MAQATE-nin mütəxəssislərinin fəaliyyəti İranla bağlı vəziyyəti bir qədər kölgədə qoyub:

image-yap_ilyas_140320

“İranın narazılıq doğuran regional siyasəti, beynəlxalq miqyasda qəbul olunmuş öhdəliklərin layiqincə yerinə yetirilməməsi, terror qruplaşmalarının maliyyələşdirməsi və.s digər bu kimi problemlər ABŞ prezidentinin bu qərarı verməsinə səbəb oldu. İranın nüvə tədqiqatlarını genişləndirməsi, yanaşı olaraq siyasi və dini rəhbərliyin açıqlamaları regional təhlükəsizlik sisteminə böyük təhdid formalaşdırır. İranın nüvə silahına yiyələnərsə, açıq şəkildə İsraili yer üzündən siləcəyi ilə bağlı açıqlamaları var”.

Rusiya-İran tərəfdaşlığına qarşı ABŞ-nin atdığı addımları qiymətləndirən politoloq qeyd edib: “Beynəlxalq nüvə araşdırmaçıları İranın nüvə silahına əlinin çatması üçün gərgin işlər getdiyini bildirib. İrana bəzi məsələlərdə Rusiyanın da dəstəyinin olduğu ehtimal olunur. Rusiya-Ukrayna müharibəsində İran Rusiyanı ciddi şəkildə dəstəkləyib. Təbii ki, Rusiya da İrana müxtəlif formada öz dəstəyini göstərir. Regional-qlobal təhlükəsizlik sisteminə nəzarət edən ABŞ yeganə çıxış yolu kimi İrana qarşı sanksiyaların tətbiq edilməsinə əl atır. Qəbul edilən sanksiyaların nə qədər effektiv olacağını zaman göstərəcək. Ancaq istənilən şəkildə İran regional təhlükəsizliyə böyük təhdiddir”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki