Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.36 $▲4.46%
  • WTI neft88.33 $▲3.59%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.363 $▲2.91%
  • Qızıl3 918 $▼1.58%
  • Gümüş50.60 $▼1.60%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda588.50 ¢▼2.16%
  • Bitcoin70 908 $▼0.47%
  • Ethereum2 009 $▼0.17%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Siyasət

İranın Qafana konsul təyin etməkdə hədəfləri nədir?

image-gorusqafan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İbrahim Rəisi ilə Nikol Paşinyan arasında baş tutan sonuncu telefon danışığından dərhal sonra – avqustun 11-də İran Zəngəzura konsul təyin etdi. Konsulluğun inzibati binası isə Qafan rayonunda yerləşir.

 

Bəs İranın Zəngəzura konsul təyin etməkdə əsas hədəfi nədir?

 

İran Zəngəzurda Ermənistanla birlikdə iqtisadi zona yaradır. Xeyli müddətdir hər iki tərəf arasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Hazırda İranın ciddi dəstəyi ilə Qafanda infrastruktur salınır, böyük ticarət mərkəzləri tikilir.

 

Bu məqsədlə də İranla sərhəddə yerləşən Mehri rayonundakı keçid məntəqəsi yenidən təmir edilir.

 

Eyvazlı, Çayzəminli ərazisində İran maşınlarını rüsumdan azad etmək və məhsulların İrəvana yeni marşrutla daşınmasını təmin etmək İranın məqsədlərindən biridir.

 

Tehran Qafana konsul təyin etməklə Zəngəzurun İran üçün həyati əhəmiyyətli coğrafiya olduğunu nümayiş etdirir.

 

Tehran İrəvan üçün iqtisadi dayaqlar yaratmaq niyyətindədir. Ancaq İranın iqtisadi layihələri Azərbaycanın Qarabağda həyata keçirdiyi böyük iqtisadi layihələrlə və Zəngəzur dəhlizinin açılması istiqamətində atılan strateji addımlarla ayaqlaşmaq gücündə deyil.

 

Şübhə yoxdur ki, Ermənistanın dirçəlməsinin yeganə yolu sülh müqaviləsinə imza atmaqdan və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən keçir. Başqa alternativ yoxdur. Eyni zamanda, Ermənistanın dirçəlməsinin gələcəkdə Azərbaycana böyük təhlükələr vəd etdiyi də heç bir şübhə doğurmur.

 

Heç şübhəsiz ki, bütün bu tədbirlərin həyata keçirilməsi Qafanı İranın “casus oylağı”na da çevirəcək.

 

İran və Ermənistan anlayır ki, Zəngəzur dəhlizinin açılması Türkiyənin strateji maraqlarə dairəsindədir. Digər tərəfdən, bu dəhliz krizisdən xilas olmaq istəyən Moskva üçün nəfəslik rolunu oynayacaq.

 

İranın Zəngəzura konsul təyin etməsi yeni prosesin başlanğıcı deyil, onsuz da İran və Ermənistan həmin ərazidə öz işlərini görürdü. Sadəcə həyata keçirilən işləri sürətləndirmək üçün kommunikasiya, sənədləşmə işlərini daha yaxın əraziyə köçürmüş oldular.

 

Zəngəzura konsul təyin edilməsi Bakı, Ankara və Moskvanın birgə strateji maraqlarının əleyhinə yönəlib.

 

Samir Feyruzov

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83532