“İranın qurub gerçəkləşdirmək istədiyi ssenari budur…” – HƏRBİ EKSPERT

image-iran-corridor-armeniabackend

“Bütün niyyətlərə nail olmaq üçün İran və Ermənistan konflikt modelləşdirə bilər”.

Bunu ifşalanan İran-Ermənistan təxribatının hansı məqsədlərə nail olmağı hədəflədiyinindən danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Türkiyədəki zəlzələ fonunda İran-Ermənistan xüsusi xidmət orqanlarının siyasətçilər səviyyəsində mediaya sızdırdığı təxribat fəaliyyəti heç də təsadüfi deyil:

image-elxansixeliyev

“Həm teorik, həm praktik olaraq İran SEPAH qüvvələri ilə Ermənistan xüsusi xidmət orqanları təxribatın ssenariləşdirilməsində maraqlıdır. Ermənistanın proseslərdə marağı böyükdür. Rus hərbi texnikasının çıxarıldığı boş ərazilərdə təhlükəsizliyi təmin etmək üçün Avropaya müracitə etsə də lazımi dəstəyi almadı. Digər boş qalan yerləri isə İran hərbi texnikası ilə doldurmaq istəyir”.

Ekspert hər iki ölkənin maraqlarının ortaq olduğunu deyib: “İranın Ermənistanla bir olmasına səbəb Zəngəzura nəzarət etmək istəyidir. İqtisadi zəiflik İranı Zəngəzura nəzarət etməyə məcbur edir. Bütün niyyətlərə nail olmaq üçün İran və Ermənistan konflikt modelləşdirə bilər. Azərbaycanı da konfliktə adekvat cavab verməsinə zəmin yarada bilərlər. Nəticə etibarilə guya Ermənistanın istəyi üzərinə İran öz hərbi gücünü Ermənistanın cənubuna yerləşdirmək istəyəcək. İranın hazırladığı əsas ssenari bunun üzərinə qurulub”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki