İsrail ordusu radikal Fələstinin Həmas hərəkatı ilə bütün girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq, cümə günü razılaşdırılmış yerləşdirmə xətləri üçün Qəzza zolağından qoşunlarını çıxarmağa başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bəzi bölmələr anklavdan tamamilə çıxarılacaq, digərləri isə razılaşdırılmış yerləşdirmə xətləri üzrə mövqelərdə qalacaq. Nəşr qeyd edir ki, bəzi ərazilərdə geri çəkilmə artilleriya və hava örtüyü altında həyata keçirilib.
“The Times of Israel”in yazdığına görə, qoşunların çıxarılması oktyabrın 10-da, İsrail hökumətinin HƏMAS ilə razılaşmanı təsdiqləməsindən 24 saat sonra başa çatacaq. Qəzet qeyd edir ki, bu manevrdən sonra İsrail Fələstin anklavının ərazisinin 53%-nə, əsasən də şəhər ərazilərindən kənarda nəzarəti saxlayacaq.
“Bura İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonası və Misirlə Fələstin anklavı arasındakı Filadelfi dəhlizi daxildir. İsrail əsgərləri həmçinin Qəzza zolağının şimalındakı Beyt Lahia və Beyt Hanun bölgələrində, cənubda isə Rəfah və Xan Yunisin bir hissəsində qalacaq”,- deyə qəzet qeyd edib.
Yeganə








