Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı mini keçib.
Busaat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrailin Vaşinqtondakı səfirliyinə əsaslanan “Haaretz” qəzetinin xəbərində HƏMAS-ın silahlı qanadı İzzəddin əlinin başlatdığı “Əqsa tufanı” hücumunda ölənlərin sayının mindən çox olduğu bildirilib.
İsrail Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Qəzzadan gələn hücumlarda yaralanan israillilərin sayının 2 min 806-ya yüksəldiyi qeyd edilib.