İsrail ordusu HƏMAS-ın üç komandirini zərərsizləşdirdi

image-israilbackend

İsrailin Müdafiə Ordusu ŞABAK və Təhlükəsizlik Şurasının rəhbərliyi altında HƏMAS-ın Şimal briqadasının snayper bölməsinin komandiri Məhəmməd Kaxlotu, Noxbanın bölük komandiri Əhməd Musanı, Qərbi Cabaliyanın manqa komandiri Ömər Əlxandini zərərsizləşdirib.

Busaat.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Bildirilib ki, Əhməd Musa son zamanlar İsrail Müdafiə Ordusunun Qərbi Cabaliya rayonundakı qüvvələrinə qarşı hücumlara başçılıq edirmiş.

Qeyd olunub ki, noyabrın 10-da gecə saatlarında İsrail ordusunun mövqelərinə HƏMAS-ın 19 silahlısı hücum edib. Onlar zərərsizləşdirilib, silah, sursat və texnikaları ya məhv edilib, ya da müsadirə olunub. Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90