Süni intellektli robot 8 fərqli qoxunu ayırd edə bilir.
Busaat.az xəbər verir ki, İsraildə inkişaf etdirilən üsulla robotlar artıq partlayıcı maddələri, dərmanları və hətta xəstəlikləri aşkar etmək üçün istifadə olunacaq.
Bəs robot necə qoxu ala bildi?
Tədqiqatçılar çəyirtkə antenasını robotun elektron sisteminə birləşdiriblər. Sensorlar iybilmə siqnallarını robotun süni intellektinə ötürüb. Beləliklə, robot antenna ilə siqnal mübadiləsi etməyə imkan verib.
Olfaktör robot süni intellektin köməyi ilə səkkiz saf qoxunu, o cümlədən marzipan və limonu ayırd edə bilib.
Bu üsulun sensorlar vasitəsilə ‘bioloji burun’ yaradacaq bir texnologiyanın yolunu açacağı düşünülür.
Onun partlayıcı maddələri və ya xəstəlikləri aşkar etmək üçün hazırlana biləcəyi bildirilir.
Bu texnologiyanın hava limanlarında narkotik itləri əvəz edə biləcəyi nəzərdə tutulur .
Busaat.az