İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv etdi

image-img_6678backend

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysi ləğv edilib.

Busaat.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, aşağıdakı reyslər ləğv edilib:

– Bakı-Lahor-Bakı (J2 145/146)

– Bakı-Mumbay-Bakı (J2 059/060)

– Bakı-Dammam-Bakı (J2 8205/8206).

Bildirilir ki, AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

“Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – məlumatda deyilir.

08:24

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.

Busaat.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.

Həmin reyslər aşağıdakılardır:

– Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

– Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

– Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

“Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki