İsrailin Livanla sərhəddə yerləşən yaşayış məntəqələri boşaldılacaq

image-a811536d-a4e9-3c43-b183-6ea4c22f25b6_850backend
image-uzb_ads_desk

İsrail yaşayış məntəqələri Livan sərhədi boyunca 5 kilometrlik zonadan boşaldılacaq.

Busaat.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilir ki, ölkə müharibə zamanı mülki pilotsuz təyyarələrin buraxılmasını qadağan edib.

Bütün İsraildə əyləncə və idman məqsədləri üçün model təyyarələrin və dronların buraxılmasına ciddi qadağa qoyulub. Qadağa təhlükəsizlik qüvvələrinin pilotsuz təyyarəni düşmən təyyarəsi ilə səhv salması riskini azaltmaq üçün nəzərdə tutulub.

Pəri Əlizadə,
Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki