İstanbulda zavodda YANĞIN: yaralılar var

image-img_4048backend

“Busaat.az” xəbər verir ki, İstanbulun Sancaktəpə bölgəsində yerləşən iş mərkəzində baş vermiş yanğında çox sayda insanın yaralandığı bildirilir.
Hadisə Abdurrahmanqazi qəsəbəsinin Bengi küçəsində yerləşən bir zavodda baş verib.

Yanğının başladığı andan etibarən ətrafdakı vətəndaşların yoğun tüstünü hiss etmələri ilə dərhal yanğınsöndürməyə məlumat verilib. Əraziyə çox sayda yanğınsöndürmə komandası və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumatlara görə, yanğın nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə yerində işlər davam edir.

Yanğının dəqiq səbəbi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Nərmin Səmidova

   Busaat.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki