İsveç polisi: “Quranın yandırıldığı son aksiyadan sonra Malmödə iğtişaşlar baş verdi”

image-isvec-polisibackend

İsveçin Malmö şəhərində Qurani-Kərimin yandırılması ilə bağlı keçirilən ən son mitinqdən sonra iğtişaşlar başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə SVT TV polisə istinadən məlumat yayıb.

Telekanal bildirib, iğtişaşlar bu gün səhər saatlarında başlayıb. Polis bir neçə avtomobilin yandırıldığını və bir neçə nəfərin polis maşınlarına daş atdığını deyib.

Qeyd edək ki, dünən İraq əsilli mühacir Salvan Momika Malmödə növbəti aksiya keçirərək müsəlmanların müqəddəs kitabı Olan Qurani-Kərimi yandırıb. Bir neçə nəfər həbs olunub.

Xatırladaq ki, iyunun 28-də polisin icazəsi ilə Momika Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında Quranın səhifələrini cırıb yandırmışdı. İyulun 20-də İraqın Stokholmdakı səfirliyi qarşısında keçirilən analoji mitinqdə Momika, ikinci təşkilatçı Salvan Nəcim isə iyulun 31-də və avqustun 31-də parlament binası qarşısında müqəddəs kitaba təpik vurdular və yenidən Quranın səhifələrini yandırdılar.

Sveriges Radio avqustun 22-də bildirdi ki, Momika növbəti üç həftə ərzində Stokholm, Malmö və Orebroda oxşar tədbirlər üçün 12 yeni sorğu göndərib. Nümayişlər bütün dünyada müsəlmanların hiddətinə səbəb olub. Bu fonda Stokholmun NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gözləyən İsveçlə Türkiyə arasında münasibətlər pisləşib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90