Qurani-Kərimə qarşı hücumlar oktyabrın 6-da BMT-nin İnsan Haqları Komitəsinin 54-cü fövqəladə iclasında müzakirə olunacaq.
Busaat.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
Onun sözlərinə görə, yaxın keçmişdə Qurani-Kərimə qarşı təxminəön 30 hücum olub: “Bu, xalqlar, həm də ölkələr arasında parçalanmalara, qütbləşməyə səbəb olur”.
Qeyd edək ki, toplantı oktyabrın 13-dək davam edəcək.