Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Pedersen: "Suriyadakı mövcud vəziyyəti davam etdirə bilmərik"

image-geir-pedersen
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz Suriyadakı mövcud vəziyyəti davam etdirə bilmərik, çünki bunun daha da pisləşməsi və yeni çağırışlara yol açması ehtimalı var”.

Busaat.az xəbər verir ki, bu fikri BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen deyib.

O, BMT Təhlükəsizlik Şurasında keçirilən Suriya sessiyasında üzv ölkələri məlumatlandırıb.

BMT-nin baş katibi Antonio Quterreşin “Suriya xarabalığa çevrilib və sülh tezliklə görünmür” sözlərini təkrarlayan Pedersen, ölkədəki tərəflər arasında etimadsızlığın, siyasi qeyri-sabitliyin və beynəlxalq mühitin həlli çətinləşdirdiyini bildirib.

Pedersen Suriya xalqının ümidsizliyinə və çəkdikləri ağrının dərinləşdiyinə diqqət çəkərək, “Suriyada mövcud vəziyyəti davam etdirə bilmərik, çünki bunun daha da pisləşməsi və yeni bir vəziyyətə gətirib çıxarması ehtimalı var” deyib.

O, Suriya cəmiyyətinin yarısının qida təhlükəsizliyi ilə üzləşdiyini və ölkədəki tibb işçilərinin Suriyanı tərk etməyə davam etdiyini ifadə edib.

“2020-ci ildən bəri davam edən nisbi sakitlik ciddi təhlükə altındadır” deyərək, şiddətin artmasına diqqət çəkib.

Quterreşin “güzəşt”də israrlı olduğunu xatırladan Pedersen, “Suriyada tərəflər və beynəlxalq aktyorlar güzəştə getmək mövzusuna daha çox diqqət yetirməlidirlər” deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123512