Qəzzada endirilən hava zərbələri nəticəsində BMT-nin 9 əməkdaşı həlak olub

image-foto6backend

Oktyabrın 7-dən Qəzzada endirilən hava zərbələri nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Qaçqınlarına Yardım Agentliyiin (UNRWA) 9 əməkdaşı həlak olub.

Busaat.az xəbər verir ki, bu barədə UNRWA məlumat yayıb.

“Mülki insanların, o cümlədən münaqişələr zamanı müdafiənin vacibliyi böyük əhəmiyyət kəsb edir”, – UNWRA-nın kommunikasiyalar üzrə direktoru Culiette Touma Associated Press (AP) agentliyinə bildirib.

Touma İsrailin bombardmanları nəticəsində bölgədə sığınacaq çevirdikləri 18 UNRWA məktəbinin və Qəzzadakı qərargahının da zərər gördüyünü sözlərinə əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki