İsveç polisi məhkəmənin Quran yandırma təxribatına icazə verən qərarına etiraz edib

image-isvecbackend

İsveç polisi İsveç İnzibati Məhkəməsinin Quranı yandırmağa icazə verən qərarına etiraz edib.

Busaat.az xəbər verir ki, Stokholm Polis İdarəsindən verilən açıqlamada, təhlükəsizlik riskləri səbəbiylə Qurani-Kərimi yandırmaq istəyən iki nəfərə icazə verməyən polis qərarı İnzibati Məhkəmə tərəfindən ləğv edilib. Polis isə məhkəmənin bu qərarından şikayət etdiyini bildirib.

Bəyanatda deyilir: “Aprelin 4-də İnzibati Məhkəmə polisin Qurani-Kərimin yandırılması ilə bağlı iki ictimai toplantıya icazə verməməsini ədalətsiz hesab edib. Polis idarəsi də məhkəmənin qərarlarına baxıb və qərarın ləğvi üçün yuxarı instansiya məhkəməsinə müraciət edib”.

Qeyd edək ki, fevral ayında İsveçdə İraqəsilli Salvan Momika Stokholmdakı İraq səfirliyində, Afrikaəsilli Kris Makoundout isə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmaq istəyiblər. Polis bu təxribatlara icazə verməyib.

İsveç İnzibati Məhkəməsi isə, “təhlükəsizlik riski ilə bağlı narahatlıqların” nümayiş hüququnu məhdudlaşdırmaq üçün yetərli olmadığını əsas gətirərək polisin qərarını ləğv edib.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90