
İtaliyada Solovyovun villasını yandırdılar - FOTO
İtaliyanın Komo şəhərində naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyovun villasını yandırmağa cəhd ediblər.
Busaat.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yerli sakinlərdən birinin çağırdığı yanğınsöndürənlər tez yanğın yerinə gəlib və yanğını söndürüblər. Qeyd olunur ki, cinayətkarlar yanğın törətmək üçün təkərlərdən istifadə ediblər.
Yerli hüquq-mühafizə orqanları yanğınla bağlı araşdırmalara başlayıb və müşahidə kameralarının görüntülərini ələ keçirib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları ev sahibinin özü ilə əlaqə saxlayıb.
Solovyov İtaliyanın Komo gölündə iki villanın sahibi olduğunu təsdiqləyib. Teleaparıcı xaricdə mülk aldığını, Rublyovkadan daha ucuz olması ilə izah etdi. Solovyov onun və beş övladının İtaliyada yaşamaq icazəsinin olması barədə nəşri də təsdiqləyib.


Sərvinaz Hacalıyeva
Busaat.az























