İtalyan parlamentarilər Gəncə və Ağdama səfərləri barədə

İtalyan parlamentarilər Gəncə və Ağdama səfərləri barədəbackend

Gəncədə erməni terroru nəticəsində böyük dağıntıların yarandığı əraziyə və Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən İtaliya parlamentinin nümayəndə heyətinin üzvləri öz təəssüratlarını sosial şəbəkələrdəki hesablarında paylaşıblar.

Busaat.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalinin bombalanmasının dəhşətli nəticələri ilə tanış olduqlarını və bu dramatik mənzərəni heç zaman unutmayacağını yazıb. Qarabağda şəhər və kəndlərin talan olunduğunu və tamamilə yerlə-yeksan edildiyini bildirən E.Rosato Ağdam məscidinin minarəsindən videogörüntülər də paylaşıb. Qarabağa səfər edən ilk Avropa parlament nümayəndə heyətinin rəhbəri videoda Ağdam şəhərindəki dağıntıları nümayiş etdirib və tezliklə burada həyatın bərpa olunacağına ümid ifadə edib.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, hakim “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferrara “Qafqazın Xirosiması” adlanan Ağdama gedən yolun minalanmış ərazilərdən keçdiyini yazıb. 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilən və dağıdılaraq “ruhlar şəhərinə“ çevrilən Ağdamda yeganə salamat binanın şəhər məscidi olduğunu qeyd edən C.Ferrara işğal illərində bu dini məbədin donuz tövləsi kimi istifadə edildiyini diqqətə çatdırıb. Bu dəhşəti, misli görünməmiş vəhşiliyi yaxından görə bilən ilk beynəlxalq missiyanın üzvü kimi o, səhraya dönmüş bu ərazilərə insanların tezliklə geri qayıdacaqlarına inam ifadə edib.

İtaliya parlamentində “İtaliya qardaşları” partiyasından olan senator, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso öz qeydlərində Gəncədə onlarla qadın, uşaq və qocanın ölümünə səbəb olan raket hücumundan bəhs edib. O, məhv olan ailələr, qətlə yetirilmiş uşaqların oyuncaqları, evlərin dağıdılmış divarlarını sağalması çətin olan yaranın təzahürləri kimi təqdim edib. Həmin dramatik hadisələrin bir daha təkrarlanmaması üçün bu yaraların və acıların sağaldılmalı olduğu qeyd edilib.

A.Urso Ağdamda məscidin donuz tövləsi kimi istifadəsini isə təhqir nümunəsi kimi dəyərləndirib və bu gördüklərinin təəssüf ki, ağrılı həqiqət olduğunu yazıb.

İtalyan parlamentari Alessandro Alfieri Gəncə və Ağdamda gördüyü vəziyyəti ətraflı təsvir edib. Bir zamanlar Azərbaycanın çiçəklənən şəhərlərindən biri olan Ağdama gedən yolda bütün üzüm bağlarının məhv edildiyi, əkin sahələrinin səhraya çevrildiyi, ətraf ərazilərin minalandığı və yalnız xüsusi hərbi hissələrin həmin ərazidə təmizləmə işləri apardığı bildirilir. Qeyd edilir ki, müharibə başa çatsa da, mülki əhali bu ərazilərə geri dönə bilmək üçün səbir etməlidir. O, yaxın günlərdə qohumlarının məzarlarını ziyarət etmək istəyərkən minaya düşən bir ailənin faciəsini də diqqətə çatdırır.

Parlamentari Ağdam haqqında təəssüratlarını müsbət notlarla bitirir. O qeyd edir ki, dəfələrlə Azərbaycan çempionu olmuş və Çempionlar Liqasında mübarizə aparmış Ağdamın “Qarabağ” futbol klubu bir neçə gün öncə öz ev stadionuna baş çəkdi və həmin mənzərə insanlarda təsirli hisslər doğurdu. Bu, bir daha göstərdi ki, dağıdılmış şəhər yenidən həyata geri dönə bilər.

Parlamentarilərin “Facebook“, “Twitter“ və “Instagram“ sosial şəbəkələrində birbaşa hadisə yerlərindən paylaşdıqları foto və videolar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dolğun təsəvvürlər yaradıb.

busaat 18637378a5ca9b1e0780c0470d83d84c ckqrej4uz7anxl950ovi busaat ab6e02941e603e4d16df4b69e439dc52 fraqm5oyz9nhlc2pwk03 busaat 2966c9212e2f03f66e466fe9a780586b bof2z6n48kqtpsmw1uc5 busaat d89f8359edc7d84465db4be60b9b9420 st5ruoj76w9xcaeqfbl8 busaat 0b64f721506a83159fd9c6d64617a379 f90yjtvk5xcg2hpr4ezs busaat e397bc42a9f3215147eb77254a9b8d08 emvit67akrohlpg80u25 busaat 6fb3ce7a86fec69abcbf4ae470be10b2 o4kvlj653aepg1fsx28i


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki