
Kabildə məsciddə partlayış olub
Əfqanıstanın paytaxtı Kabil şəhərindəki ən böyük məscidlərdən birində namaz zamanı partlayış baş verib.
Busaat.az bu barədə Ria Novosti-yə istinadən xəbər verir.
“Bu partlayış dindarlar günorta namazı qılarkən baş verib”- deyə hadisə şahidi “Kabul News”telekanalına açıqlamasında deyib.
Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.
Sərvinaz Hacalıyeva
Busaat.az























