Kanadadan nümunəvi ADDIM: İslamofobiya ilə mübarizə üçün ilk xüsusi nümayəndə təyin edildi

image-trudobackend

Kanada hökuməti ölkədəki müsəlman icmasının üzləşdiyi təcavüz, irqçilik, ayrı-seçkilik və dini dözümsüzlüklə mübarizə üçün xüsusi nümayəndə təyin edib.

Busaat.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo verdiyi yazılı açıqlamada insan haqları müdafiəçisi və jurnalist Amira Elqavabini “Kanadanın İslamofobiya ilə mübarizədə ilk xüsusi nümayəndəsi” təyin etdiyini açıqlayıb.

Elqavabinin təyin edilməsinin ölkədə İslamofobiya və hər cür nifrətlə mübarizədə mühüm bir addım olduğunu bildirən Trüdo deyib: “Müxtəliflik həqiqətən Kanadanın ən böyük güclü tərəflərindən biridir, lakin bir çox müsəlman üçün İslamofobiya çox tanışdır. Biz bunu dəyişməliyik. Ölkəmizdə heç kim öz inancına nifrət etməməlidir”.

Kanada hökumətinin müsəlman cəmiyyətinin yanında olduğunu qeyd edən Trüdo, ölkədə hər cür islamofobiya, ayrı-seçkilik və nifrətin qəbuledilməz olduğunu vurğulayıb.

Bildirilib ki, nifrətlə mübarizə sahəsində geniş karyerası olan Elqavabi eyni zamanda Kanada Anti-Nifrət Şəbəkəsinin idarə heyətinin və Milli Təhlükəsizlik Şəffaflığı Məsləhət Qrupunun üzvüdür və hazırda Canadian Race-də strateji kommunikasiyaları və kampaniyaları idarə edir.

Qeyd edək ki, ölkə əhalisinin təxminən 4,9 faizini təşkil edən 1,8 milyon müsəlmanın yaşadığı Kanadada son illərdə həyata keçirilən islamofob hücumlar reaksiyalara səbəb olub.

29 yanvar 2017-ci ildə Kanadanın Kvebek şəhərində müsəlmanların ibadət üçün toplaşdığı bir məscidə silahlı hücum edən Aleksandr Bissonnet 6 nəfəri öldürmüş, 19 nəfəri yaralamışdı. Hadisədən sonra yaxalanan Bissonnet “daha çox insan öldürmədiyimə görə təəssüflənirəm” deyib.

6 iyun 2021-ci ildə Ontario əyalətinin London şəhərində avtomobilini səkidə gedən müsəlman ailənin üzərinə sürən Natanial Veltman (20) isə eyni ailədən olan 15 yaşlı qız da daxil olmaqla 4 nəfəri öldürmüş və 9 yaşlı uşağı ağır yaralamışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90