Parkda ayının hücumuna məruz qalan cütlük həyatını itirdi

image-ayi1backend

Kanadanın Alberta əyalətindəki Banff Milli Parkında ayının hücumuna məruz qalan ər-arvad həyatını itirib.

Busaat.az xəbər verir ki, bu barədə CBC News məlumat yayıb.

Mənbənin sözlərinə görə, park rəsmiləri axşam saatlarında GPS cihazı vasitəsilə ayı hücumu ilə bağlı xəbərdarlıq alıb.Hərəkətə keçən qruplar əlverişsiz hava şəraiti səbəbindən havadan müdaxilə edə bilməyib və hadisə yerinə gec gəlib.

Hücumdan saatlar sonra bölgəyə gedən qruplar cütlüyün cəsədini tapıblar.

Axtarış zamanı aqressiv ayı ilə qarşılaşan qruplar heyvanı hadisə yerində öldürüblər.

Səlahiyyətlilər, dünya üzrə qonur ayının hücumlarının yalnız 14 faizinin ölümlə nəticələndiyini bildirib və sözügedən hücumun nadir bir hadisə olduğunu vurğulayıb.

Səlahiyyətlilər həmçinin qeyd ediblər ki, qış yuxusuna hazırlaşan ayılar ilin bu vaxtında ac qala bilərlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki