Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.
Busaat.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, buna səbəb Kanadada Sıx separatçı təşkilatı “Khalistan Liberation Force” (KLF) lideri Hardip Sinq Niccarın qətlindən sonra iki ölkə arasında davam edən mübahisədir.
Sözügedən addımla bağlı Kanadada Hindistan vizası müraciətlərini qəbul etmək səlahiyyətinə malik olan “BLS İnternational” təşkilatının saytında aməlumat verilib.
“Hindistan missiyasından vacib açıqlama: 21 sentyabr tarixindən etibarən, əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb”, – sənəddə qeyd olunub.
Hindistan rəsmisi mətbuata açıqlamasında qərarı təsdiqləsə də, qərarın səbəbi ilə bağlı geniş məlumat verməyib.