Hindistanın Maharaştra ştatında 7 mərtəbəli binada çıxan yanğında 7 nəfər ölüb, 44-ü yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd olunub.
Bildirilib ki, alov binanı əhatə edib və birinci mərtəbədə mağazalara və park edilmiş avtomobillərə keçib.
Hindistan mətbuatında çıxan xəbərdə yanğının təxminən 3 saat ərzində söndürüldüyü paylaşılıb.
Maharaştra Baş Naziri Eknaz Şinde açıqlamasında bu bədbəxt hadisədə həyatını itirənlərə başsağlığı verib və yaralılara maddi yardım göstəriləcəyini açıqlayıb.