Hindistanda daşqın nəticəsində həyatını itirənlərin sayı 31-ə çatıb. İtkin düşən 100-dən çox adamın axtarış-xilasetmə işləri davam edir.
Busaat.az xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.
Bildirilib ki, əyalətdə bənddə suyun səviyyəsinin qalxması nəticəsində əmələ gələn daşqın fəlakətində itkilər getdikcə artır.
Səlahiyyətlilər, təbii fəlakət nəticəsində 4-ü əsgər olmaqla, ən azı 31 nəfərin öldüyünü açıqlayıb.
Mənbənin məlumatına görə, itkin düşən 100-dən çox insan üçün axtarış-xilasetmə işləri aparılır.
Seldə yaralanan 26 nəfərin müalicəsi ştatın müxtəlif xəstəxanalarında davam etdirilir.
Bildirilir ki, daşqın həddindən artıq yağışdan sonra su elektrik bəndinin daşması nəticəsində baş verib.