Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, Sıx lideri Hardip Sinq Niccarın qətlinin arxasında Hindistan hökuməti ola bilər. Bu açıqlamadan sonra Hindistan Kanadanın yüksək səviyyəli diplomatından 5 gün ərzində ölkəni tərk etməsini istəyib.
Busaat.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Qərar Kanada diplomatlarının Hindistanın daxili işlərinə müdaxilə ilə bağlı artan narahatlığını əks etdirir”, – sənəddə qeyd olunub.
Castin Trüdo Kanada kəşfiyyatının Niccarın qətli ilə Hindistan əyaləti arasında “etibarlı” əlaqəni müəyyən etdiyini açıqladı.
O, son G20 Sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bu məsələni gündəmə gətirdiyini açıqlayıb.
“Kanada torpağında Kanada vətəndaşının qətlində xarici hökumətin iştirakı bizim suverenliyimizin qəbuledilməz pozuntusudur. Bu, azad, açıq və demokratik cəmiyyətlərin özlərini istiqamətləndirdiyi əsas qaydalara ziddir”, – Trüdo dünən Kanadada İcmalar Palatasındakı çıxışında deyib.
Kanadanın baş naziri qətli törədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu vurğulayıb.
ək səviyyəli Hindistan diplomatını ölkədən çıxardıqlarını açıqlayıb.
Coli adını açıqlamadığı diplomatın Hindistan Xarici Kəşfiyyat Xidmətinin araşdırma və təhlil şöbəsində çalışdığını bildirib.