Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırmaq qərarına gəlib.
Busaat.az xəbər verir ki, bu barədə Hindustan Times hökumət mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Hindistanın paytaxtı Yeni Dehlidə fəaliyyət göstərən Əfqanıstan səfirliyi qərarını Hindistan Xarici İşlər Nazirliyinə çatdırıb.
“Səfir son aylarda Hindistandan kənarda olub, diplomatlar mütəmadi olaraq üçüncü ölkələrə gedirlər. Sığınacaq alır və Səfirlik əməkdaşları arasında daxili münaqişə var”, – məlumatda bildirilib.
Xəbərdə Əfqanıstan səfiri Fərid Mamundzayın hazırda İngiltərənin paytaxtı Londonda olduğu qeyd olunub.
Əfqanıstanda Əşrəf Qani hökuməti tərəfindən təyin edilən Mamundzay 2021-ci ildən etibarən Taliban administrasiyasında vəzifəsini davam etdirib.
Aprel-may aylarında Talibanın Mamundzayın yerinə missiyanın başına müvəqqəti işlər vəkili təyin etdiyi barədə məlumatlar yayılıb.