Əfqanıstanda 6,3 və 5 bal gücündə ardıcıl iki yeni zəlzələ oldu

image-zelzelebackend

Əfqanıstanın Herat əyalətində yenidən 6,3 və 5 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Busaat.az-ın əldə etdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Mərkəzdən bildirilib ki, yerli vaxtla saat 05.11-də episentri Heratdan 28 kilometr şimal və şimal-qərbdə 6,3 bal gücündə zəlzələ olub.

Yeraltı təkandan 11 dəqiqə sonra eyni bölgədə 5 bal gücündə ikinci zəlzələ baş verib.

Hər iki zəlzələnin 10 kilometr dərinlikdə olduğu bildirilib.

Təbii fəlakətdən sonra Herat sakinləri təşviş içində küçələrə axışıb və şəhərdə qısamüddətli elektrik enerjisi kəsilib.

Qeyd edək ki, ötən həftə Əfqanıstanın Herat əyalətində baş vermiş şiddətli zəlzələ nəticəsində 2500 nəfər həyatını itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki