Səfir: “Rusiya Əfqanıstana maliyyə dəstəyini davam etdirəcək”

image-zamir-kabulovbackend

Rusiya tərəfi Əfqanıstana maliyyə dəstəyini davam etdirmək niyyətindədir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov jurnalistlərə bildirib.

“Biz Əfqanıstana maliyyə dəstəyi verəcəyik. Baxmayaraq ki, qərar vermək mənim səlahiyyətimdə deyil. Bu cür qərarları Rusiya Federasiyasının prezidenti və hökuməti qəbul edir”, – o deyib.

Kabulov əlavə edib ki, Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramına töhfələr vasitəsilə də kömək edir.

“Biz Əfqanıstana maliyyə dəstəyini həm BMT vasitəsilə, həm birbaşa, həm də müstəqil şəkildə edirik. Və son vaxtlar Rusiyadakı əfqan diasporu toplanıb yardımın çatdırılmasını təşkil edib, ona görə də bu yardım tamamilə fərqlidir”, – o deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki