Kəlbəcərdə minik maşını aşıb, yaralananlar var.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qozlu körpü deyilən ərazisində baş verib. İdarəetmədən çıxan “Lexus” markalı avtomobilin aşması nəticəsində ilkin məlumata görə, 4 nəfər yaralanıb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Unikal