Kəlbəcərdə göldə boğulan kapitan dəfn olundu – Fotolar

image-kapitandefnbackend

Kəlbəcərdə göldə boğularaq vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu torpağa tapşırılıb.

Busaat.az-ın “Report”a istinadən məlumatına görə, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü İlham Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki