Keniyada güclü PARTLAYIŞ – 300 yaralı

image-c7ee7f9c-606a-3d14-86af-85651d43a96d_850backend
image-uzb_ads_desk

Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış və sonrakı yanğın nəticəsində azı iki nəfər həlak olub.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin “Standard” qəzeti yerli orqanlara istinadən məlumat yayıb.

Qəzetə görə, fevralın 1-dən 2-nə keçən gecə baş verib. Partlayış yaxınlıqdakı evlərə sıçrayan yanğına səbəb olub.

Keniyanın Qırmızı Xaç Komitəsi insident nəticəsində 298 nəfərin yaralandığını açıqlayıb. Onlardan 271-i xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülür, əhali hadisə yerindən təxliyə olunur.Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki