Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
9°Bakı
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
  • USD1.7000
  • EUR1.8631▲0.0024
  • 100 RUB2.0562▼0.0157
  • GBP2.2271▲0.0019
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551▲0.0003
  • GEL0.6572▲0.0004
  • 100 KZT0.3721▲0.0022
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0680▲0.0015
  • CHF2.0429▲0.0104
Hadisə

KİV: AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

KİV: AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib. busaat.az xəbər verir ki, bu barədə “Caliber.az” öz mənbələrinə istinadən yazıb. Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib. “Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, - məlumatda deyilir. Xəbərdə deyilir ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=74560