Koreya yarımadasında gərginlik: Şimali Koreya 130 artilleriya mərmisi atdı

image-243342backend

Şimali Koreyanın Yapon dənizi və Sarı dənizə doğru 130 artilleriya mərmisi atdığı bildirilir.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi yayıb.

Agentliyin Cənubi Koreya Baş Qərargahına istinadən verdiyi məlumata görə, Şimali Koreya Yapon dənizi və Sarı dənizə 130 artilleriya mərmisi atıb.

Agentlik Şimali Koreyanın Cənubi Koreya ilə 2018-ci ildə imzalanmış sərhəd bölgələrində gərginliyin azaldılmasına dair hərbi razılaşmanı pozduğunu bildirib.

Məlumatda vurğulanıb ki, Cənubi Koreya dərhal Şimali Koreyaya məktub göndərərək, Koreyalararası sərhədə yaxın ərazilərdə bütün təxribatçı və düşmən fəaliyyətlərin dayandırılmasını tələb edib.

“Yaponiya dənizi və Sarı dənizdəki bufer zonalara qarşı artilleriya atəşi 2018-ci il hərbi razılaşmasını açıq şəkildə pozur. Cənubi Koreya ordusu ABŞ-la sıx əməkdaşlıq edir və istənilən situasiyaya hazırlığını artırır” – deyə, Cənubi Koreya Baş Qərargahı məlumat yayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90