Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft87.79 $▼2.51%
  • WTI neft81.08 $▼2.30%
  • Avropa qazı (TTF)85.53 €▲1.27%
  • Təbii qaz (ABŞ)3.589 $▲11.08%
  • Qızıl3 580 $▲1.33%
  • Gümüş42.29 $▲2.24%
  • Pambıq79.61 ¢▼0.48%
  • Buğda594.75 ¢▲0.42%
  • Bitcoin61 890 $▼0.03%
  • Ethereum1 750 $▼0.29%
  • S&P 5007 176▼2.00%
18°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

Koronavirusla bağlı yalan məlumat yayan Bakı sakini saxlanıldı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Feysbuk sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib”.

Bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən daxil olan birgə məlumatda deyilir.

Bildirilir ki, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Əliabbas oğlu Atayev olması müəyyən edilib və o, ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla İ.Atayevin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha mətbuat nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır ki, koronavirus infeksiyası ilə bağlı məlumatları yayarkən mütləq qaydada əlaqədar dövlət qurumlarına istinad edilmılidir.

Koronavirus infeksiyası ilə bağlı əsassız məlumatlar yayan şəxslər barədə bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6349