Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yeni doğulmuş uşaqların xəstəxanada ölmələri faktı üzrə cinayət işi başlanılıb.
Ağdaş rayon prokurorluğundan Busaat.az-a verilən məlumata görə, ötən il dekabrın 12-də Gülşən Bağıyevanın xəstəxananın Ginekologiya və doğum şöbəsində ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki həkimə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham irəli sürülüb.
Cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.