Kosovo ilə Serbiya arasında gərginlik: Görüş baş tutmadı

image-kosovobackend

Kosovonun baş naziri Albin Kurti Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə keçirilən Belqrad-Priştina Dialoq Toplantısı çərçivəsində üçtərəfli görüşdə Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən imtina edib.

Busaat.az “İHA”ya istinadən xəbər verir ki, Belqrad-Priştina Dialoq Toplantısı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Kosovonun baş naziri Albin Kurti və Serbiya prezidenti Aleksandr Vuçiç ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Danışıqlarda Aİ-nin Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da iştirak edib. Kosovo baş naziri Kurti keçirilən üçtərəfli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşməkdən imtina edib.

Serbiya prezidenti Vuçiç mətbuata açıqlamasında “Kurti mənimlə görüşmək istəmədi və ya görüşməyə cəsarət etmədi. Bunun səbəbini ondan soruşun. Düşünürəm ki, səbəbini Avropa rəsmilərindən eşidəcəksiniz” deyə bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki