Kraliçanın ölümü sonrası 3 ölkədə monarxiyadan ayırlmaq çağırışları: “Əvvəl-axır…”

image-kralica-elizabetbackend

Kraliça II Yelizavetanın ölümü Yeni Zelandiyada respublika müzakirələrini canlandırıb. Hətta Baş nazir Casinda Ardern ölkəsinin əvvəl-axır respublikaya çevriləcəyinə inandığını bildirib. Lakin diplomat qeyd edib ki, hökumət yaxın zamanda idarəçilik dəyişikliyini planlaşdırmır.

Busaat.az xəbər verir ki, bu haqda Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Yeni Zellandiya İngilis Millətlər Birliyinin üzvüdür və burada kral ailəsi dövlət başçısı sayılır.
Yeni Zellandiya Baş naziri Ardern etiraf edib ki, respublikaya keçidlə bağlı müzakirələr illərdir davam edir. Sadəcə indi bu müzakirələr aktual və təcili deyil.
Baş nazir bildirib ki, kraliçanın ölümü ilə respublika idarəçilik formasına keçid müzakirələri təsadüf nəticəsində eyni zamanda gündəmə çevrilib, bu iki məsələ bir-biri ilə bağlı deyil.

Digər tərəfdən, daha əvvəl dəfələrlə idarəçilik dəyişikliyinə dəstəyini ifadə edən Ardern, “İnanıram ki, Yeni Zelandiyanın zamanla çatacağı nöqtə respublika idarəetmə formasıdır. İnanıram ki, bu mənim həyatda olduğum zaman baş verəcək” – deyə, fikirlərinə əlavə edib.
Ardern həmçinin elan bildirib ki, 26 sentyabr günü kraliçanın xatirəsini əbədiləşdirmək üçün dövlət bayramı elan edilib və onlar Kraliça II Elizabetin “70 ildən çox Yeni Zelandiyanın kraliçası və çox sevilən dövlət başçısı kimi” anım mərasimi keçirəcəklər.
İngiltərədən başqa, Kraliça Elizabet həm də Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla bir sıra irili-xırdalı ölkələrin dövlət başçısı olub.

Elizabetin ölümündən sonra Avstraliya və Karib dənizindəki Antiqua və Barbuda adasında da monarxiyanı tərk edərək respublikaya çevrilmək barədə müzakirələr gündəmə gəlib.

Antiqua və Barbuda Baş naziri Qaston Braun bu məsələ ilə bağlı 3 il ərzində referendum keçiriləcəyini bəyan edib.
Avstraliyada isə, Yaşıllar Partiyasının lideri Adam Bandt kraliçanın ölümündən sonra verdiyi başsağlığında Avstraliyanın respublikaya keçid etməli olduğunu vurğulayıb.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90