Kreml: “Finlandiya ilə Estoniya arasında qaz kəmərinin zədələnməsi ilə bağlı xəbərlər narahatedicidir”

image-kremlbackend

“Rusiya Finlandiya və Estoniya arasında qaz kəmərində baş vermiş insidentlə bağlı daha ətraflı məlumat gözləyəcək”.

Busaat.az xəbər verir ki, bu fikri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Mənim heç bir məlumatım yoxdur və xüsusi xidmət orqanlarımızda belə məlumatların olub-olmadığını bilmirəm. Lakin bu, olduqca narahatedici xəbərdir. Çünki biz bilirik ki, Baltik dənizində kritik infrastruktur obyektlərinə qarşı terror hücumlarının təhlükəli presedentləri artıq müəyyən edilib, yəni “Şimal axını” boru kəmərlərinə qarşı müəyyən hücumlar var. Buna görə də biz daha çox təfərrüatları mütləq gözləyəcəyik”, – Peskov deyib.

Finlandiyanın qaz nəqli sisteminin operatoru Qasqrid daha əvvəl bildirmişdi ki, Finlandiya və Estoniya arasında sualtı qaz kəmərinin istismarı şübhəli sızma səbəbindən dayandırılıb. Finlandiya hökuməti oktyabrın 9-da qaz kəmərinə dəymiş ziyanın xarici fəaliyyət nəticəsində ola biləcəyini istisna etmir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki