Kreml: “Putin bu yaxınlarda Priqojinlə görüşməyib”

image-kremlbackend

Rusiya prezidenti Vladimir Putinin son vaxtlar Kremldə Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinlə görüşü olmayıb.

Busaat.az-ın əldə etdiyi xəbərə görə, bu barədə cümə günü jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

O, müvafiq suala mənfi cavab verib.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçan “Embraer” biznes təyyarəsi çərşənbə günü gecə Rusiyanın şimal-qərbində Tver vilayətində qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə 10 nəfər olub, onların hamısı ölüb. Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi sərnişinlər arasında biznesmen Priqojinin də olduğunu bildirib. Qəza ilə bağlı hava nəqliyyatının hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90