
Kreml Putinlə Trampın görüşünün təxmini tarixini açıqladı
“ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə iki həftə ərzində mümkün görüşlə bağlı dedikləri danışıqların təxirə salınmaması zərurətinin ortaq anlayışını simvollaşdırır”.
Busaat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də, bu, iki həftə ərzində baş verə bilər. Ümumi bir anlayış var ki, heç nəyi təxirə salmaq olmaz”, – deyə Peskov bildirib.
Kreml sözçüsünə Rusiya və ABŞ xarici işlər nazirləri Sergey Lavrov və Mark Rubionun görüşünün harada keçirilə biləcəyinin məlum olub-olmadığını da soruşublar.
“Onlar danışıqlar aparacaq və bu barədə özləri qərara gələcəklər”, – Peskov cavab verib.
Yeganə























