Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri vaxtında və konstruktivdir, Moskva Pxenyanla münasibətləri inkişaf etdirməyə davam edəcək.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kremlin xarici mediada, o cümlədən neqativ danışıqlara reaksiyasını qiymətləndirməyə vaxtı olub-olmaması ilə bağlı sualı cavablandıran spiker deyib: “Biz səfərin özünü yüksək qiymətləndirdik. Bu, vaxtında, faydalı və konstruktiv oldu. Biz bu danışıqları inkişaf etdirməyə davam edəcəyik”.
Xatırldaq ki, Şimali Koreya lideri Kim Çen In prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya gəlib. Sentyabrın 13-də onlar “Vostoçnı” kosmodromunda həm nümayəndə heyəti, həm də təkbətək danışıqlar aparıblar. Sammit bir günlə məhdudlaşsa da, səfərin ümumi proqramı davam edir.