
Kreml Rusiyanın Baydenə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ prezidenti Co Baydenə qarşı Rusiya sanksiyalarının tətbiqi ən yüksək səviyyədə təmaslardan imtina demək deyil.
Busaat.az Ria Novosti-yə istinadən xəbər verir ki, Peskov jurnalistlərə Baydenin sanksiyalar siyahısına daxil edilməsinin ən yüksək səviyyədə təmasların rədd edilməsi deməkdirmi sualını cavablandırarkən deyib: “Lazım gələrsə, bu təmaslar bərpa oluna bilər və bu sanksiyaların tətbiqi təmaslardan imtina demək deyil”.
Busaat.az
Sərvinaz Hacalıyeva























