
Kremldən Latviyanın mayın 9-nu matəm günü elan etmək qərarı haqqında AÇIQLAMA
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Latviya hakimiyyətinin 9 May Qələbə Gününü Ukraynadakı hadisələrə həsr etmək qərarını biabırçı adlandırıb.
Busaat.az bu barədə Ria Novosti-yə istinadən xəbər verir.
“İnanmaq istərdim ki, tarixi xatırlayan, onu əziz tutan, bu tarixin qürurunu saxlayan latviyalılar, hakimiyyətlərinin tamamilə biabırçı qərarlarına baxmayaraq, onu ürəklərində saxlayacaqlar”– deyə Peskov jurnalistlərə bildirib.
Sərvinaz Hacalıyeva
Busaat.az























