Kremldən Putin və Zelenski görüşü haqqında AÇIQLAMA

image-peskovbackend

“Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçirilə biləcəyi istisna edilmir, lakin danışıqların məhsuldar olması zəruridir”

Busaat.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Heç kim Putinlə Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir. Bəli, həqiqətən də, bu, konseptual olaraq mümkündür” – Rusiya prezidentinin mətbuat katibi bildirib.

Peskovun sözlərinə görə, görüş hazırlanmalıdır, bunun üçün nümayəndə heyətləri və nazirlər üzərinə düşəni etməlidir. Bu, Putin və Zelenskinin “proses və söhbət xatirinə deyil, nəticə naminə görüşməsi” üçün lazımdır” – o, deyib. “Rusiya tərəfinin mövqeləri məlumdur, onlar aydın şəkildə ifadə olunub və Ukrayna danışıqlarının iştirakçılarının diqqətinə çatdırılıb. Biz əks formulalar gözləyirik” deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri arasında görüşün baş tuta biləcəyini bildirmişdi. Eyni zamanda o, Türkiyənin Ukrayna böhranının həllində rol oynamağa davam edəcəyini vurğulayıb.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90