Kresloda “çürüyən“ icra başçıları: Onlar 15-20 ildir vəzifə başındadır – SİYAHI/FOTO

image-photo_175422backend

Lerik, Masallı və Göygöl rayonlarına yeni icra başçılarının təyinatı və Prezident İlham Əliyevin onları qəbul edərkən etdiyi çıxış yenidən diqqəti icra hakimiyyətlərinin fəaliyyətinə yönəldib.

Məlumat üçün deyək ki, ölkə başçısı çıxışında keçmiş icra başçılarının həbsinə diqqət çəkərək məmurların bundan dərs götürməli olduğunu deyib.

“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”, deyə Prezident vurğulayıb.

Yerli icra hakimiyyətləri ən çox tənqidə məruz qalan qurumlar kateqoriyasına aiddir. Təsadüfi deyil ki, bu gün bəzi rayonların icra başçıları “kiçik padşah”lar kimi xarakterizə edilir. Hələ icra hakimiyyətlərində anti-korrupsiya əməliyyatları keçiriləndə nəhayət, onların “gözü çıxmış qardaşdan” ibrət götürəcəklərinə ümidlər yaranmışdı. Lakin sonrakı proseslər göstərdi ki, bəzi icra başçıları hələ də köhnə ənənə ilə işləməyə üstünlük verir. Bu, xüsusilə, uzun müddətdi icra başçısı vəzifəsi daşıyanlara aiddir.

Busaat.az Qaynarinfo-ya istinadən  uzun illər icra başçısı vəzifəsini daşıyan, mütəmadi olaraq qanunsuz əməlləri və qalmaqallarla gündəmə gələn icra başçılarının siyahısını təqdim edir.

20 ildən artıq icra başçısı olanlar

Sırada ilk olaraq Xocavəndin icra başçısı Eyvaz Hüseynov gəlir. O, 7 iyul 1992-ci il tarixdən icra başçısıdır.

1659098550 c4b3057ebfc15162ff9596b836d539362 jpg

Eyvaz Hüseynov

Qobustanın icra başçısı Adil Məmmədov da 28 ildir “icra başçısı” titulunu daşıyır. Lakin o, Eyvaz Hüseynovdan fərqli bu müddət ərzində bir neçə rayona rəhbərlik edib. Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə isə Qobustan rayonunun icra başçısı vəzifəsinə təyin edilib.

1659098550 1cd421e16d914a2ccaaa69e9f10866043 jpg

Adil Məmmədov

Siyəzənin icra başçısı Novruz Novruzov 1995-ci ildən icra başçısı kimi fəaliyyət göstərir. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu ildən Siyəzənə rəhbərlik edir.

 

1659098551 b6ea5e6bd756133e6cbc96bc5baaad1a4 jpg

Novruz Novruzov

Lənkəranın icra başçısı Taleh Qaraşov da ən stajlı “kiçik padşah”lardandır. O, 26 ildir ki, icra başçısı vəzifəsini daşıyır. Taleh Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə isə Astara rayonuna rəhbərlik edib. 2012-ci ildən Lənkəranın icra başçısıdır.

Taleh Qaraşovun adı bu günlərdə müavini Rəsilə Əliyevanın məktəbliyə qarşı zorakılıq etməsi ilə bir daha gündəmə gəldi. Bu olay ictimai rezonansa səbəb olduğundan Taleh Qaraşov onu işdən çıxarmağa məcbur oldu. Rəsilə Əliyeva məhz onun kadrı kimi tanınırdı.

1659098551 d6b0d5a74805438df6153e393536df7e5 jpg

Taleh Qaraşov

Ən stajlı icra başçılarından biri də Bakıya rəhbərlik edən Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami, 2003-2011-ci illərdə Gəncə, 2011-2015-ci illərdə Sumqayıt, 2015-2018-ci illərdə isə Səbailin icra başçısı olub. 15 noyabr 2018-ci il tarixdən Bakının icra başçısıdır.

Eldar Əzizov icra başçısı işlədiyi şəhər və rayonlarda “şirniyyat həvəskarı” kimi ad çıxarıb. Məsələn, Gəncə və Sumqayıtda ən uzun tort, ən böyük paxlavalara təqdimat keçirməsi hələ unudulmayıb.

1659098552 fec2c23caa36c15a25ce5d4c19537bda6 jpg

Eldar Əzizov

Qubadlının icra başçısı Malik İsaqov 21 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat alıb.

1659098552 a3a97f87cd837e82bbfe910766e574cf7 jpg

Malik İsaqov

15 ildən artıq icra başçısı olanlar

Hazırda Abşerona rəhbərlik edən Abdin Fərzəliyev icra başçısı kimi karyerasına 2003-cü ildən başlayıb. O, 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci illərdə Nərimanov, 2022-ci ildən isə Abşeronun icra başçısıdır.

1659098553 6cfc2454afd12718792ac3e4dd75283a8 jpg

Abdin Fərzəliyev

Bərdənin icra başçısı Vidadi İsayev də “uzunömürlü” icra başçılarındadır. O, 17 ildir ki, icra başçısıdır. Bu müddət ərzində 2 rayona – Tərtər (2005-2011) və Bərdəyə (2011-ci ildən indiyə qədər) rəhbərlik edib.

Vidadi İsayevin adı son dəfə İkinci Qarabağ savaşı zamanı gündəmə gəlib. Mediada barəsəində ən çox şikayət dərc olunan icra başçılarındandır.

1659098553 aaf05a08a2adfe4281c725c11d1a06e09 jpg

Vidadi İsayev

15 ildən artıqdır ki, icra başçısı postunu tutan şəxslərdən biri də Qaradağın rəhbəri Süleyman Mikayılovdur. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs hesab edilən Süleyman Mikayılov 2005-ci ildə Yardımlının, 2005-2010-cu illərdə Lənkəranın icra başçısı olub. 2010-cu ildən isə Qaradağa rəhbərlik edir.

1659098554 0a2fca55cfce6c21cc45a710c8b0ab0810 jpg

Süleyman Mikayılov

15 ildən artıq icra başçısı kimi fəaliyyət göstərənlər sırasına Zərdabın icra başçısı Mərdan Camalov, Ucarın icra başçısı Mənsur Məmmədov, Sumqayıtın icra başçısı Zakir Fərəcov, Samuxun icra başçısı Alı Qocayev, Nəsiminin icra başçısı Asif Əsgərov, Suraxanının icra başçısı Əziz Əzizov, Astaranın icra başçısı Qəzənfər Ağayev və Xızının icra başçısı Xəzər Aslanov da daxildir.

1659098555 a6718bb57e7c6407602f8cd6bd151c5111 jpg

Zakir Fərəcov

Onların arasında vaxtilə yüksək vəzifə tutan şəxslərlə qohumluq əlaqələri olanlar da var. Məsələn, Mərdan Camalov Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşı, Mənsur Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu, Alı Qocayev isə keçmiş spiker Oqtay Əsədovun qudasıdır.

 

1659098556 d3274e3655e7b636ab508d6e432b262813 jpg

Mərdan Camalov

1659098555 f35c4eea3f3f823a7e55c649990d889b12 jpg

Asif Əsgərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki