La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi odur

image-e764153b-c646-3c35-805b-5ca550cd62f7_850jpg-1727781851backend

İspaniyanın “Atletik” (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde sentyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.

Bakıvaxtı.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yanaşı, Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real” Madrid) bu ad uğrunda mübarizə aparıb.

Qeyd edək ki, “Atletik” ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Komanda 14 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki